YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 yanvar 1990 cı ildə Bakının və bakılıların qətliamı Sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayət idi

Mark Qorin,

“Sputnik” qəzetinin baş redaktoru, keçmiş bakılı

20 yanvar 1990-cı ildə Moskvanın əmri ilə Sovet ordusu Azərbaycan xalqına qarşı təcavüz aktı törətdi.

 Yanvarın 19–dan  20-nə keçən  gecə  ağır hərbi texnikadan və müxtəlif tipli silahlardan  istifadə edən SSRİ silahlı qüvvələri Bakıya yeridildi. Həmin gecə barbarlıq hərəkəti nəticəsində "kommunist" hərbi maşınına qarşı sinələrini sipər edən  yüzlərlə mülki şəxs öldürüldü və itkin düşdü. Bakı sakinləri əmin idilər ki, Moskva rəhbərliyi dinc insanlara  əl qaldırmayacaq. Lakin hər şeyin əvvəlcədən planlaşdırılan bir əməliyyat olduğu ortaya çıxdı.

O vaxt mən  Bakıda yaşayırdım. Bu qeyri-insani, qəddar və qanlı planı həyata keçirənləri (sonradan həqiqi, lakin vicdansız adla "Bakı talanları" ilə qarşıladıqlarını iddia edənləri - red.) gördüm. Bu hadisələr peşəkar təxribatçılar, çirkli işlərini bilən bədnam qatillər tərəfindən törədilmişdi. Təsadüfi deyil ki, sonradan nə SSRİ Baş Prokurorluğu, nə də SSRİ  Daxili İşlər Nazirliyi bu faktlarla bağlı heç bir cinayət işi qaldırmadı, həbslər olmadı.

Bundan əvvəl, 1989-cu ilin sonunda SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) sərhəd qoşunlarının iştirakı ilə yerli əhali Naxçıvan-İran hissəsindəki sərhəd sistemlərini dağıtdı. Bundan sonra isə Qərbin xüsusi xidmət orqanlarının və DTK-dakı xain qüvvələrin nəzarətində olan qondarma  "Xalq Cəbhəsi"nin təşəbbüsü ilə Azərbaycanın bəzi bölgələrində hakimiyyət ələ keçirildi.

Şübhəsiz,  bütün bunlar son nəticədə Bakıya qoşun yeritmək üçün bir zəmin (daha doğrusu, bəhanə) yaratmalı idi.

Belə olan halda qeyri-ixtiyari olaraq  ortaya haqlı suallar çıxır: Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi rəhbərliyinin Vilnüsə, Bakıya, Tbilisiyə qoşun yeritməsi nə üçün lazım idi? Niyə hər şeyi bu qədər nümayişkaranə, hətta mən  deyərdim ki, vəhşicəsinə etmək lazım idi,? Vilnüs, Tbilisi, Bakı, üç fərqli milli (litvalılar, gürcülər və azərbaycanlılar) və dini cərəyanları təmsil edən SSRİ-nin üç respublikasının paytaxtlarıdır: xristianlığın katolik, pravoslav təriqətləri və İslam. Kommunist rejiminin milli və dini mənsubiyyətlərindən asılı olmayaraq SSRİ-nin bütün xalqlarına qarşı amansız olduğunu bütün dünyaya nümayiş etdirməyin lazım olduğu ilə razılaşmamaq çətindir. Ən başlıcası, bütün sovet xalqlarında kommunist-sovet rejiminə qarşı  neqativ münasibət, qəzəb, nifrət və ikrah hissi oyatmaq idi. Bunun üçün də mərkəzdənqaçma qüvvələrinin mexanizmini  daha sürətlə işə salmaq lazım gəlirdi.

20 Yanvar qırğınının ertəsi  günü Bakıda çirkli əməldən sonra qoşunlar atəşi dayandırdı və xalqın "öz ordusu"nun özünə qarşı etdikləri bütün vəhşilikləri öz gözləri ilə görməsinə icazə verildi! Xalqın bütün qəzəbi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasının, istifadə olunan antikommunist, antisovet, antirus şüarlarına töküldü. Kommunist Partiyasının üzvlük vəsiqələri kütləvi şəkildə yandırıldı. Məqsəd yerinə yetirildi. Ordunun SSRİ-ni qorumaq üçün gətirildiyi barədə söz-söhbət isə sadəcə olaraq mənasız idi.

SSRİ dağılmaq həddinə çatmışdı. Ancaq , 1991-ci ilin avqust ayında, Moskvada bu prosesin qarşısını almaq, SSRİ-nin, eləcə də, kommunist partiyasının ömrünü uzatmaq  məqsədilə, kiçik bir rəngli inqilab (Putça) cəhdi oldu.  Kamran Rüstəmov. Mənbə: ZEN.YANDEX.RU

“Sputnik” qəzetinin  redaksiyasından:

Məqalənin bu gün  sizə təqdim etdiyimiz hissəsi (cüzi ixtisar və redaktə ilə)  1990-cı ilin qışında, hələ Sovet Azərbaycanının paytaxtı olan Bakıda baş verənlərə, eləcə də bu hadisələrin  başvermə səbəblərinə müəllifin öz fərdi yanaşmasını ifadə edir.

Bir neçə gün öncə bütün ölkəni  sarsıtmış o müdhiş faciənin-20 Yanvar qətliamının baş verdiyi  gecədən 31 il ötdü. İllər ötsə də heç vaxt unudulmayacaq o dəhşətli hadisə son dərəcə istiqanlı, mehriban, qonaqpərvər  azərbaycanlıların həmvətənləri olan digər qardaş millətlərin də, o cümlədən əsrlərlə azərbaycanlılarla birgə yaşamış, ancaq heç  zaman antisemitizmlə üzləşməmiş yəhudilərin də  yaddaşında silinməz iz buraxıb.

Bu gün Şəhidlər xiyabanında o dəhşətli   hərbi cinayətin qurbanları ilə birgə adları Azərbaycan xalqının başına gətirilən həmin qanlı faciə ilə birgə əbədiləşən  iki gənc yəhudi balası da uyuyur. “Təcili yardım” həkimi Aleksandr Marxevka  və yeniyetmə məktəbli (mən onların valideynləri ilə tanış idim).

Vera Besantina

Müəllifdən fərqli olaraq mən,o zaman Azərbaycanda yaşamırdım. Moskvada, mərkəzi jurnallardan birində çalışırdım. Ancaq buna baxmayaraq, doğulub böyüdüyüm, jurnalist peşəsinə yiyələndiyim ölkədə, yaxınlarımın, dostlarımın, qohumlarımın hələ də yaşadığı torpaqda baş verən faciələrdən xəbərim var idi.

Şəhərə  yeridilmiş qoşunun amansız davranışının şahidi olmuş insanlarla, dostlarım və həmkarlarımla dəfələrlə danışıb, baş verənlərlə tanış olmuşdum. Həmin insanlar hadisələrin  baş verməsinə  müxtəlif, hətta çox vaxt biri- birinə birbaşa  zidd olan səbəblərdən danışırdılar.

Ola bilsin ki nə vaxtsa bütün arxivlər açılacaq və dünya bu amansız  faciənin əsl günahkarlarının kim olduğu barədə acı həqiqətləri biləcək. Hətta bu qanlı faciədə əli olan cinayətkarlar həyatda olmasalar belə, onların adları açıqlanacaq, həmin qatillər gerçək sənədlər  əsasında ədalət məhkəməsində mühakimə olunaraq haqlarında  ən ağır hökm çıxarılacaq.

Ancaq mənim üçün günahsız qurbanlara səbəb olmuş, vəhşi bir rejim tərəfindən törədilmiş bu dəhşətli faciə, hər bir halda, unudulmaz olaraq qalacaq və ümid edirəm ki, bir daha təkrarlanmayacaq.  

Azərbaycan xalqını sındırmaq mümkün olmadı. O, öz müstəqilliyinə qovuşdu  və bütün dünyanın gözü önündə  suverenlik haqqını qoruyub bərqərar edə bildi. Bu yaxınlarda isə o, ağır döyüşlərdən qalib kimi çıxaraq bir daha öz haqqına sahib çıxdı.