YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkir şəhərindən olan Vətən müharibəsi qaziləri, YAP Şəmkir rayon təşkilatının fəalları tərəfindən ziyarət olunublar

28 yanvar 2021-ci il tarixində Şəmkir şəhərindən olan Vətən müharibəsi qaziləri, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının fəalları tərəfindən evlərində ziyarət olunublar.

Görüşlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin cəmi 44 gündə Ermənistan ordusunu məğlub edərək qazandığı qələbənin tarixi əhəmiyyətindən, döyüşlərdə Şəmkirdən olan əsgər və zabitlərin şücaətindən danışılıb. Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərin ailələri, sağlamlığını itirən döyüşçülər daim diqqətdə saxlanılacaq.

Vurğulanıb ki, Prezidentin Fərmanı ilə yaradılan “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”nun (“YAŞAT” Fondu) fəaliyyətə başlaması dövlətimizin şəhid ailələrinə, qazilərə diqqət və qayğısının bariz nümunəsidir.

Görüşdə qazilərin qayğıları ilə maraqlanılıb.

Şəmkir şəhərindən olan qazilər, o cümlədən qazilərin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tətəfindən şəhid ailələri və qazilərlə görüşlər davam etdirilir.