YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti Rafiq Hüseynov ilə bağlı tapşırıq verib

Birinci vitse-prezident Mehriban Əliyeva xalq artisti Rafiq Hüseynov (Rəmiş) ilə bağlı tapşırıq verib.

Bu barədə gitara ifaçısının həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Rəmiş xəstəxanaya yerləşdirilib. Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Rəmiş, hazırda həkim nəzarətindədir.

Xanımın sözlərinə görə, Rəmişin müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Güllü Hüseynova Rafiq Hüseynova göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.