YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının nümayəndələri şəhid Orxan Əliyevin ailəsini ziyarət ediblər

Yanvarın 28-də YAP Xəzər rayon təşkilatı və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Orxan Ədalət oğlu Əliyevin ailəsini ziyarət ediblər.

Ziyarət zamanı Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib. Eyni zamanda, ailəyə maddi yardım olunub.

Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını daim yüksək qiymətləndirir və onlar heç zaman unudulmayacaq.

Qeyd edək ki, Orxan Əliyev Tərtər Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.