YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“3D Print Conference Baku” konfransında 3D texnologiyaların tətbiqi sahələri müzakirə ediləcək

Fevralın 12-də Bakıda ilk dəfə “3D Print Conference Baku” konfransı keçiriləcək. Konfransda 3D texnologiyaların tətbiqi məsələləri müzakirə ediləcək.
“Smayl-Ekspo” şirkətindən bildiriblər ki, konfransın moderatorları 3D modelləşdirmə barədə ətraflı məlumat verəcəklər.
Konfransın moderatorlarından biri, “3D Project” şirkətinin texniki istehsalat şöbəsinin rəhbəri Emil Həsənli 3D çap, skanlama və modelləşdirmədən, virtuallaşdırma və maket istehsalının bütün tiplərindən, habelə texniki startap-layihələr üçün prototiplərin işlənib hazırlanmasından və icrasından söz açacaq.
Qeyd edək ki, “3D Project” şirkəti ətraf mühitin 3D formatında modelləşdirilməsi və onun müxtəlif miqyasda yaradılması işində ixtisaslaşır. “3D Project” Azərbaycanda 3D texnologiyaların imkanlarını öyrənən ilk şirkətlərdən biridir. Şirkət konfransın brilyant sponsoru rolunda çıxış edib.
“3D Print Conference Baku” konfransında 3D texnologiyaların istehsalata tətbiqinin, 3D çap biznesinin, 3D texnologiyaların zərgərlik sənəti, moda, qida sənayesi, təbabət və arxitekturada tətbiqinin perspektivləri nəzərdən keçiriləcək.
Konfrans fevralın 12-də “Park Inn” otelində keçiriləcək.