YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının fəalları şəhid ailələri və qazilərlə görüşüblər

Nizami rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də döyüşlər zamanı yaralanan qazilər daim diqqət və qayğı ilə əhatə olunublar.

Bu mənada Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının fəalları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində Vətən müharibəsində şəhid olanların ailələrini və döyüşlərdə yaralanan qaziləri evlərində ziyarət edib, onlara mənəvi dəstək olub, qazilərin müalicələri ilə maraqlanıb, ailələrə Yeni il sovqatı çatdırıblar.

Görüşlərdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin təntənəsi olduğu, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyi xüsusi vurğulanıb.