YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: 2021 - ci ilin dövlət büdcəsi reallığa əsaslanır və günün nəbzini əks etdirir

“2021 - ci ilin dövlət büdcəsi reallığa əsaslanır və günün nəbzini əks etdirmək baxımından xarakterikdir. Büdcə dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri üzrə qarşıda duran vəzifələr əsas götürülərək hazırlanmış və bilavasitə xalqın mənafeyinə uyğun tərtib edilib”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, büdcə layihəsinə əsasən üç vacib istiqamət üzrə maliyə vəsaitlərin daha çox ayrılması dövrün tələbidir və hər bir vətəndaş tərəfindən müsbət qarşılanacaqdır. Əvvəlki illərdə olduğu kimi büdcə sosial yönümlüdür və büdcə vəsaitinin 38.9 faizi əhalinin sosial müdafiəsinə sərf ediləcəkdir ki, bu da dövlətimizin insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətin bir daha əyani ifadəsidir. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insanların həyatının sağlamlaşdırılmasına, normal yaşayışa istiqamətləndirilmiş sərəncam və qərarlarına uyğundur və hər bir insanın ürəyindəndir.

“Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurma işlərinin aparılması, vətəndaşlarımızın öz ata - baba yurdlarının qayıdışının təşkili ilə əlaqədar büdcədən 2.2 milyard manat vəsaitin ayrılması başa düşüləndir və əlbətdə ki, imkan daxilində bu vəsait daha da artırılmalıdır. Ölkənin müdafiəsinin və təhlükəsizliyinin təmin olunması üçün büdcə vəsaitinin əvvəlki ilə nisbətən 31.1 faiz artırılması çox vacibdir və bilavasitə vətəndaşlarımızın təhlükəsiz yaşayışına, sərhədlərimizin hərtərəfli qorunmasına zəmanətdir. Sözsüz ki, dövlət büdcəsində vacib olan digər sahələrdə vəsaitlərin artırılması nəzərdə tutulub ki, bu da iqtisadiyyatımızın davamlı inkişafda olduğunun bir göstəricisidir. Bu əlbətdə ki, 2021 - ci ildə Azərbaycanda bərpa və yenidənqurma işlərinin daha sürətlənməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə imkan verəcək”,-deyə komitə sədri vurğulayıb.