YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vasile Simileanu: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha uğurlu gələcək gözləyir

Rumıniyanın “Geopolitika” jurnalının baş redaktoru, analitik, siyasi elmlər doktoru, professor Vasile Simileanu açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinin, bütövlükdə regionun təhlükəsizliyi və inkişafında mühüm xidmətləri var. O, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın regionun strateji, iqtisadi mərkəzə çevrildiyini bildirib. Siyasi analitik Azərbaycanın inkişafa yönəlik siyasətində qazandığı uğurların məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Vasile Simileanu bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu məsələdə də Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini, qarşıya qoyduğu məqsədləri yerinə yetirmək əzmini qeyd etmək lazımdır. Dövlət başçısı iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlıq üçün əlverişli platformanın yaradılmasına nail olub.

Professor onu da bildirib ki, Azərbaycan Ordusu bir çox sahələrdə digər dövlətlərin ordularını üstələdiyini bütün dünyaya sübut etdi.

Vasile Simileanu Azərbaycanla Rumıniya arasında münasibətlərə toxunaraq, strateji tərəfdaşlığın daha da dərinləşdiyini və möhkəmləndiyini vurğulayıb, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrdə Rumıniyanın potensialından istifadə edilməsinin zəruri olduğunu qeyd edib.

Sonda rumıniyalı alim deyib: “İnanıram ki, İlham Əliyev–Azərbaycan xalqı birliyi hər zaman davam edəcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha uğurlu gələcək gözləyir”.

DİGƏR Xəbərlər Arxiv