YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ölkəmizdə vətəndaş-dövlət münasibətləri ən yüksək səviyyədədir

“Müharibə dövründə ziyan çəkmiş mülki vətəndaşlara dəyən ziyanın ödənilməsi ilə bağlı imzalanan sərəncamlar bir daha ölkəmizdə vətəndaş-dövlət münasibətlərinin ən yüksək səviyyədə inkişaf etməsinin göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, ölkə Prezidentinin noyabrın 6-da imzaladığı müvafiq Sərəncamla erməni təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı müvafiq addımlar atılıb.

 “Dekabrın 14-də dövlət başçısı tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı imzalanan yeni Sərəncamla isə təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Bu bir daha Azərbaycan dövlətinin, ölkə Prezidentinin vətəndaşlara göstərdiyi diqqətin, onların sosial problemlərinin həlli istiqamətində atdığı addımların bariz isbatıdır”,-deyə deputat qeyd edib.