YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsinin geniş təbliğ olunması böyük əhəmiyyətə malikdir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü 

Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarix yazdı. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi şanlı qələbəmizdir. Dünya Azərbaycan dövlətinin qüdrətinə, xalqımızın mübarizə əzminə, ordumuzun rəşadətinə şahidlik etdi. 

Şübhəsiz ki, qarşıdakı dövrdə  qalib ordumuzun qəhrəmanlığı, əsgər və zabitlərimizin igidliyi müxtəlif vasitələrdən istifadə etməklə geniş təbliğ edilməlidir. Bunlardan biri Vətən müharibəsi ilə bağlı həqiqətlərin  orta məktəb dərsliklərinə salınmasıdır. Bu, şagirdlərdə vətənpərvərliyin formalaşdırılması və inkişafına xidmət etməklə yanaşı, gənclərin milli ruhda tərbiyəsinə böyük töhfə olar.

İkinci məsələ odur ki, 44 günlük Vətən müharibəsi ilə bağlı filmlərin çəkilməsi də vacib əhəmiyyət daşıyır. Aidiyyəti qurumlar tərəfindən mütəmadi şəkildə təhlillərin, araşdırmaların aparması, düşmənin xalqımıza qarşı həyata keçirdiyi törətdiyi bütün cinayətlərin, kənd və şəhərlərimizdə törətdiyi vəhşiliklərin hər birinin tam aşkarlanması, yeni nəsillərə çatdırması olduqca önəmlidir. Paralel olaraq yeni ssenarilərin yazılması, filmlərin çəkilməsi zərurətdir. Zənnimcə, xaricdən bəzi mütəxəssislərin ölkəmizə dəvət edilməsi də faydalı ola bilər. Hələ ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası başlamayıb. Bu ərazilər indiki vəziyyətdə çəkilməli, lentlərin yaddaşına həkk edilməlidir. Bu, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşası baxımından da effektiv olar.