YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirib

YAP Yevlax rayon təşkilatı və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirilib. İlk olaraq videokonfrans iştirakçıları Ümummilli Liderin və Azərbaycan dövlətçiliyinin qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Videokonfransı YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev açaraq Ümummili Lider Heydər Əliyevin XX əsr tarixinə dünya miqyaslı siyasi və dövlət xadimi kimi daxil olduğunu bildirib, Onun həyat və fəaliyyətinə nəzər salıb.

Sonra çıxış edən Milli Məclisin Sədrinin birinci müavini Əli Hüseynli birmənalı olaraq Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq olduğunu qeyd edərək Onun həyat və fəaliyyəti haqqında ətraflı danışıb. Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrün əhəmiyyətini xüsusi vurğulayaraq həmin dövrün tarixçilər tərəfindən daha dərindən araşdırılıb və tədqiq olunmasının vacib olduğunu bildirib. O qeyd edib ki, Heydər Əliyev hələ Sovet İttifaqı dövründə dövlət təhlükəsizlik orqanlarında işlədiyi zaman Dağlıq Qarabağ Muxtar Vilayətində erməni seperatizminə qarşı ciddi mübarizə aparıb.

Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin böyük tarixi şəxsiyyət olduğunu xüsusilə qeyd edib. Memarı olduğu müstəqil Azərbaycanın tarixinə öz adını qızıl hərflərlə yazmış Ümummilli Liderin başladığı və uzun illərə hesablanmış siyasətini uğurla davam etdirmək üçün ölkəmizi Prezidentimiz İlham Əliyevə əmanət etdiyini deyən Birinci vitse-spiker ölkə başçısının 17 illik fəaliyyəti dövründə Azərbaycanın qazandığı uğurlardan, ən başlıcası isə Prezident və Ali Baş Komandan kimi torpaqlarımızın erməni təcavüzkarlarından azad olunması istiqamətində hərb tarixində həyata keçirdiyi siyasətindən, milli ordumuzun zəfər və rəşadətindən danışıb.

YAP Yevlax rayon təşkilatının sədri, millət vəkili  İlham Məmmədov çıxışında Ulu Öndərin Yevlax rayonunun inkişafındakı xidmətlərindən bəhs edib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Videokonfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Yusifqızı, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.