YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyəli nazir: Hesab edirik ki, Ermənistan son hadisələrdən dərs aldı

Münaqişənin həlli nəticəsində yeni nəqliyyat dəhlizlərinin açılması, o cümlədən Naxçıvanla Azərbaycan arasındakı dəhliz bütün regionun inkişafına xidmət edəcək.

Bunu noyabrın 12-də keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir noyabrın 10-da imzalanmış bəyanatın əhəmiyyətini qeyd edərək ümidvar olduğunu bildirib ki, Ermənistan əldə edilmiş razılaşma çərçivəsində bütün öhdəliklərini yerinə yetirəcək. Hesab edirik ki, Ermənistan son hadisələrdən dərs aldı.

“Bizim üçün önəmli olan işğalın bitməsidir. Biz bundan sonra da Azərbaycanın yanında olacağıq”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.