YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Azərbaycan münaqişəni diplomatik yolla həll etməyə səy göstərirdi, lakin hər dəfə Ermənistan atəşkəsi pozurdu

Azərbaycan münaqişəni diplomatik yolla həll etməyə səy göstərirdi, lakin hər dəfə Ermənistan atəşkəsi pozurdu. Hər dəfə Ermənistanın atəşkəsi pozduğunun şahidi olmuşuq. Hər dəfə də Azərbaycanı atəşkəsə çağıran tərəflərə bizim bir cavabımız var: atəşkəs həll deyil, işğalın uzadılmasıdır.

Bu sözləri noyabrın 12-də keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib ki, noyabrın 10-da imzalanmış bəyanata əsasən Azərbaycan torpaqları öz əzəli sahibinə geri veriləcək. Burada

Rusiyanın da rolunu yüksək qiymətləndiririk. Üçtərəfli bəyanatın 5-ci maddəsinə əsasən Türkiyə də Rusiya ilə birlikdə sülhməramlı mərkəzdə iştirak edəcək. Bu prosesi yaxından izləyirik. Monitorinq mərkəzi atəşkəs pozulacağı təqdirdə buna nəzarət edəcək, hər hansı şikayət olduğu zaman araşdırılacaq, eyni zamanda, atəşkəsin pozulmasına qarşı tədbirlər görəcək.