YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məğlub etdi

“İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda aparılan Vətən müharibəsi Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun qələbəsi ilə tarixə düşdü. Bu, eyni zamanda, Azərbaycanın dövlətçilik tarixinə şərəfli səhifə kimi yazıldı. Sentyabrın 27-dən bu günə qədər biz ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin strategiyasının konkret nəticələrini, uğurlarını hər gün böyük məmnuniyyətlə izlədik. Cənab Prezidentimiz hər gün xalqımızı yeni-yeni müjdələrlə, qələbələrlə sevindirirdi. Prezidentimizlə sözün həqiqi mənasında qürur duydum”. Bu fikirləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, qısa zaman kəsiyində torpaqlarımızın işğaldan azad edilməsi hər birimizdə böyük sevinc hissi yaratdı. “Xalqımıza edilən müraciətlərdə səmimi, vətənpərvər, insanlarla açıq şəkildə dialoq quran bir liderin portretini gördük. O cümlədən cəbhədə mənfur düşməni əzdik. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məğlub etdi və onları ağ bayraq qaldırmağa məcbur etdi”, - deyən F.Ağamalı onu da əlavə edib ki, noyabrın 10-dan qüvvəyə minən və 3 dövlətin rəhbərinin imzaladığı bəyanatda əslində xeyli əvvəl Prezident İlham Əliyevin gündəliyə gətirdiyi şərtlər öz əksini tapdı. Azərbaycan dövlətinin qan tökmədən digər torpaqlarının da azadlığını təmin etdiyini vurğulayan partiya sədri onu da qeyd edib ki, bu bəyanatda Dağlıq Qarabağın hər hansı bir statusundan söhbət belə açılmır. Bu, diplomatik, siyasi müstəvidə cənab Prezidentimizin qazandığı ciddi uğur kimi qiymətləndirilməlidir.