YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Könül Nurullayeva: Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə yaxınlaşır

“Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifini dağıdır. Əlbəttə, bu, ilk növbədə, hərbi üstünlük və qələbə olmaqla yanaşı, həm də ideoloji müstəvidə Ermənistanın məğlubiyyətidir”. Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Könül Nurullayeva bildirib ki, İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Prezident İlham Əliyevin də vurğuladığı kimi, Ermənistan uzun illərdir Azərbaycana məxsus əraziləri guya təkbaşına işğal etdiyini iddia edirdi, halbuki onların təkbaşına bunu reallaşdırmaq üçün nə o vaxt, nə də indi fərdi potensialları yoxdur. Ermənistan hər zaman kənardan – havadarlarının dəstəyi ilə hərəkət edib. Bugünkü döyüşlərdə də məğlub vəziyyətə düşdüklərindən kənardan yardım almağa can atırlar. Elə Nikol Paşinyanın Rusiya Prezidentinə məktub göndərərək hərbi yardım xahiş etməsi bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısının da söylədiyi kimi, bu, Ermənistan rəhbərliyinin öz hərbi məğlubiyyətlərini və Azərbaycanın qələbəsini qəbul etməsi deməkdir.

Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə yaxınlaşır. Bizim ordumuz məhz öz ərazisində döyüşür, heç bir ölkəyə ərazi iddiamız yoxdur. Azərbaycan öz ordusunun gücü hesabına ərazi bütövlüyünü bərpa edir.

“Prezident İlham Əliyevin “La Repubblica”ya müsahibəsində toxunduğu ən vacib məqamlardan biri də Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumlarıdır. Dövlət başçısı bu məsələyə aydınlıq gətirməklə işğalçı ölkənin terrorçu mahiyyətini növbəti dəfə ifşa etmiş oldu. Bir daha bəyan olundu ki, Ermənistan bu davranışlarla əslində Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməyib. Əsas məqsəd əhali arasında panika və xaos yaratmaq idi ki, baş verən terror hadisələrindən sonra bunun əksi baş verdi. Bu hadisələr Azərbaycan xalqının müqavimətini daha da artırdı”, - deyə deputat qeyd edib.