YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin fəaliyyətini imitasiya etməyə çalışır, ancaq bu, əks təsir verir

Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsinə cavab olaraq Prezident İlham Əliyev nüfuzlu beynəlxalq media orqanlarına 24-dən çox müsahibə verib. Bəzi müsahibələr hətta bir və ya iki saat davam edib.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 3-də keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, dövlətimizin başçısı bununla Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Ermənistanın siyasi rəhbərliyi Azərbaycan Prezidentinin fəaliyyətini imitasiya etməyə çalışır. Ancaq bu, əks təsir verir və onlar özlərinin işğalçılıq siyasətini ifşa edirlər.