YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatı “Əsgərə məktub!” layihəsinə qoşuldu

YAP Səbail rayon təşkilatının gəncləri “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşularaq bugünlərdə hərb tariximizin ən şərəfli səhifələrini yazan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitlərinə məktublar ünvanladılar.

Gənclər məktublarında, qanları və canları ilə müqəddəs Vətən torpağını mənfur düşmən tapdağından azad edən və Azərbaycan xalqına şanlı qələbələr bəxş edən rəşadətli əsgərlərimizə dualarını, səmimi ürək sözlərini, dəstək ismarıclarını ünvanladılar.

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə mənəvi dəstək önəmlidir. Bugünlərdə Azərbaycan xalqı bir yumruq olaraq Ali Baş Komandanımız, Ordumuz ilə milli birlik, həmrəylik nümayiş etdirir.

YAP Səbail rayon təşkilatının bütün üzvləri bu milli həmrəylik hərəkatında yaxından iştirak edir. YAP gəncləri dəfələrlə cəbhə bölgəsində olmuş və qəhrəman əsgərlərimizlə görüşmüşlər.

Allah Azərbaycan Ordusunu qorusun. Qələbə bizimdir və Qarabağ Azərbaycandır!!!