YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Erməni əsgəri ölmək istəmirsə torpaqlarımızı tərk etməlidir

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Dağlıq Qarabağ məsələsindən danışarkən həmişə qeyd etmişdir ki, bu torpaqlar bizim tarixi ərazilərimizdir və burada ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verilməyəcəkdir. Rusiyanın İnterfaks agentliyinə verdiyi müsahibəsində də dövlətimizin başçısı öz mövqeyində qəti olduğunu bildirərək xatırlatmışdır ki,” biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik. Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, Prezidentimiz öz sözündə qətidir və ölkə rəhbəri xalqımızın fikrini ifadə edir. Çünki Qarabağ Azərbaycandır! Prezidentin və xalqın fikri yekdildir. Ali Baş Komandan məhz bu istək, mövqe uğrunda döyüş əmri verib və bildirdiyi kimi “Biz öz torpaqlarımızda vuruşuruq, ədaləti bərpa edirik”. Mübarizəmiz haqq, ədalət, ərazilərimizin azadlığı uğrundadır. Bunu bütün dünya bilsə də çox təəssüflər olsun ki, uzun müddət bu münaqişə həll olunmamış, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən aldadılmışıq, danışıqlara ümid etmişik, yağlı dillərə bənd olmuşuq, səlahiyyətli orqanların, təşkilatların qərar və qətnamələrinə hörmətlə yanaşmışıq.

“Ancaq Ermənistanın hərbi - siyasi rəhbərliyinin son illər həyata keçirdiyi təcavüzkarlıq hərəkətləri, beynəlxalq aləmə laqeyidsizlik, faşist təbliğatı yanıldığımızı göstərdi, ordumuzu öz gücünü göstərməyə məcbur etdi. Azərbaycan Prezidenti qətiyyətlə bildirmişdir ki, torpaqlarımızın bir qarışı da düşmənə verilməyəcək və bu bütün ərazilərimizi düşməndən azad edcəyik. ”Erməni əsgərləri bizim torpaqlarda ölürlər, onların bu ərazilərdə nə işi var” fikrini əsaslandıran ölkəmizin başçısı bir daha təcavüzkarların bu torpaqda öldürülməməsi üçün çıxıb getmələrini məsləhət bilmişdir. Azərbaycan xalqı, şanlı ordumuz da bu amalda, bu fikirdədir. Düşmənə torpaqlarımızda yer ola bilməz. Təcavüzkar ölümə məhkumdur. Qarabağ Azərbaycandır!”-deyə, komitə sədri vurğulayıb.