YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Ermənistanın Azərbaycana vurduğu ziyanların araşdırılması aparılacaq

Ermənistanın Azərbaycana vurduğu ziyanların Prezident İlham Əliyevin tapşırığı ilə araşdırılması aparılacaq.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30–da Baş Prokurorluqda təşkil olunan brifinqdə məlumat verib.

Prezidentin köməkçisi qeyd edib ki, bu proses indiyədək də aparılırdı, sadəcə, səthi formada gedirdi. Torpaqlarımız işğaldan azad olunduqca proses daha dəqiq formada aparılacaq.