YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiyanın keçmiş Baş Naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

2009-2010-cu illərdə Çexiya Respublikasının Baş Naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yan Fişerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Dağlıq Qarabağda baş verən son gərginliklərlə bağlı xəbərlərdən çox narahatam. Nizami Gəncəvinin vətəni olan, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsasının qoyulduğu Gəncə şəhərinə edilən hücuma, uşaqların qətlə yetirilməsinə və şəhərlərin dağıdılmasına heç nə bəraət qazandıra bilməz.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri yerinə yetirilməli, ölkələrin suverenliyinə hörmət edilməlidir.

Cənab Prezident, həmsədrlərimiz Vayra Vike-Freyberqanın və İsmail Serageldinin davamlı dəstəyi ilə bir ailə kimi işimizi koordinasiya etdiyimiz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.