YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq mandat əsasında fəaliyyət göstərməsi ideyası münaqişənin ədalətli həllinə öz töhfəsini verə bilər

“Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti ilə bağlı fikirlərini söyləyib. “TRT Haber” kanalına müsahibəsində isə cənab Prezident Minsk qrupunun həmsədri kimi Fransanın mandatına uyğun olaraq tərəfsiz deyil, Ermənistanın havadarı kimi çıxış etməsini sərt tənqid etdi”. Bu fikirləri Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli deyib.

Əli Hüseynli bildirib ki, dövlətimizin başçısının budəfəki açıqlamasında əsas diqqət Türkiyənin bu münaqişənin həllində oynadığı və gələcəkdə oynaya biləcəyi rola yönəldildi. Bildirildi ki, müəyyən şərtlər çərçivəsində, o cümlədən erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar.

“Bu zaman Minsk qrupunun həmsədrləri və mümkün olan ölkələr buna qoşularsa, döyüşlərə son qoyula bilər. Digər ölkələr dedikdə, cənab Prezident məhz Türkiyəni nəzərdə tutduğunu söylədi ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Türkiyə həm Azərbaycanın, həm də Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur, güclü bir dövlətdir və böyük potensiala malikdir. Sözsüz ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq mandat əsasında fəaliyyət göstərməsi ideyası münaqişənin ədalətli həllinə öz töhfəsini verə bilər”-deyə, birinci vitse-spiker vurğulayıb.