YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun əməkdaşları bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər

Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək, bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Xatırladaq ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.