YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Kürdəmir rayon təşkilatının könüllüləri Vətən uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın ailələrini ziyarət ediblər

YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə  bir qrup gənc könüllü Kürdəmir rayonunda yaşayan, Vətən uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın ailəsini ziyarət ediblər.  Gənclər şəhid Tahir İslamovun anası Elmira anaya və şəhid Mehman Eminovun anası Arifə anaya baş çəkmiş, onların gündəlik qayğıları, problemləri ilə yaxından maraqlanmış və  hədiyyələr təqdim etmişlər. Gənclər bildirmişlər ki,   şəhidlərimiz kimi, onların anaları da bizim üçün çox qiymətlidirlər və dəyərlidirlər.  Çünki bu analar  vətənin çətin günlərində onu müdafiə edən və uğrunda şəhid olan dəyərli övladlar böyüdüb, boya-başa çatdırıblar. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu   gələcək neçə-neçə nəsillərə örnəkdir.         

Şəhid anaları  da öz növbələrində göstərilən xüsusi diqqət, qayğı və dəstəyə  görə YAP Kürdəmir  rayon təşkilatınını Gənclər Birliyinə, Rayon təşkilatının  rəhbərliyinə və ümumilikdə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlılqlarını bildirərək hər zaman dövlətin diqqət və qayğısını hiss etdiklərini qeyd etmişlər.