YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: İşğalçı Ermənistana qarşı sərt tədbirlər görülməzsə, regionumuz davamlı olaraq silahlı qarşıdurmalar və müharibə risqi ilə üzbə üz qalacaq

“Avqustun əvvəlində Livanın paytaxtı Beyrutda baş vermiş partlayış 200 ildən çoxdur ki, ermənilərin Azərbaycan torpaqlarına, xüsusi ilə Dağlıq Qarabağa və ətraf rayonlara qeyri – qanuni köçürülməsi prosesinə yeni “təkan” verdi. Yaxın Şərqdə ermənilərin daha çox kompakt yaşadıqları ölkələrdən olan Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində ölən və yaralanlar içərisində erməni mənşəli vətəndaşların olması, erməni məhəllərinə və tiklilərinə də ziyan dəyməsi planlaşdırılan köçürmə siyasətini reallaşdırmaq üçün işğalçı Ermənistana yeni fürsət yaradıb”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, baş vermiş faciə nəticəsində Ermənistana təxriyyə edilmiş ailələrin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı təklif gündəmə gətirilmişdir. Əsas məqsəd nə olursa olsun, Dağlıq Qarabağda demoqrafik vəziyyətə süni olaraq təsir göstərmək, burda daha çox ermənilərin məskunlaşdırılmasına nail olmaqdır. Əslində bu ssenari yeni deyil, Rusiya və İran arasında 1813 –cü ildə bağlanmış “Gülüstan” və 1828-ci ildə bağlanmış “Türkmənçay” müqavilələrindən sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi prosessinin əsası qoyulmuş və bu günə kimi davam edir. Çar Rusiyası dağılana dək Türkiyədən, İrandan və digər Yaxın Şərq ölkələrindən ermənilərin Azərbaycan torpaqlarına, əlalxüsus Dağlıq Qarabağa köçürülməsini təmin etmişdir. İndi isə, 30 ildir ki, bu qeyri-qanuni məskunlaşdırma siyasətini Dağlıq Qarabağı və ətraf 7 rayonumuzu işğal edən işğalçı Ermənistan həyata keçirir.

“Baş verənlər göstərir ki, Ermənistan beynəlxalq öhdəliklərini pozmaqda davam edir. Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz məskunlaşdırma siyasətini yerinə yetirmək üçün hər fürsətdən istifadə edir. Ermənistan rəhbərliyi avqustun əvvəlində Beyrutda baş verən partlayışdan Dağlıq Qarabağ və ətraf rayonlarda ermənilərin qanunsuz yerləşdirilməsi üçün bir fürsət kimi dəyərləndirir. İşğal altında olan Azərbaycan ərazisində qurulmuş separatçı rejimin lideri Livandan olan 150 erməni ailsinin Dağlıq Qarabağa yerlədirilməsini təklif edib və artıq bir-neçə ailə bu bölgəyə yerləşdirilmişdir. Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən, birinci növbədə Livandan və Suriyadan gətirilən erməni ailələrini Dağlıq Qarabağda və bura bitişik rayonlarda qanunsuz olaraq yerləşdirmişdir. Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da öz əksini tapmışdır. Beynəlxalq ictimayyət Ermənistanın bu məsuliyyətsiz hərəkətlərini qınamalı, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün Ermənistandan xoşniyyətli danışıqlar aparmağı tələb etməlidir.

Beynəlxalq ictimayyət tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzkar əməllərinə görə, Azərbaycan torpaqlarının 20%-nin işğalına görə qınanması son dərəcə vacibdir. Beynəlxalq ictimayyət Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətini, ermənilərin işğal olunmuş Azəərbaycan torpaqlarına qanunsuz məskunlaşdırılması siyasətini kəskin surətdə pisləməyincə və bu ölkənin təhlükəli və qanunsuz hərəkətlərinə qarşı sərt tədbirlər görülməzsə, bu region davamlı olaraq silahlı qarşıdurmalar və müharibə risqi ilə üzbə üz qalacaq”-deyə, deputat vurğulayıb.