YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Sorğunun nəticələri Azərbaycan reallığını əks etdirir

“Sosial Tədqiqatlar Mərkəzinin “İnam indeksi-3: Prezidentin fəaliyyəti ictimai rəydə” analitik hesabatı təqdim edilib. Respondentlərin Azərbaycan Prezidentinə və hakimiyyətin hər üç qoluna (qanunverici, məhkəmə və icraedici) münasibətini öyrənmək məqsədilə bu qurumlara etibarlılıq öyrənilib. Belə ki, respondentlərin mütləq əksəriyyəti Prezidentə etibar etdiyini bildirib. Prezidentə “tam etibar edirəm” deyənlər respondentlərin mütləq çoxluğunu, 90,8 faiz təşkil edir”. Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, aparılan sorğunun nəticələri Azərbaycan reallığını əks etdirir. Onun sözlərinə görə, bu gün ölkə əhalisinin mütləq əksəriyyəti cənab Prezidentimiz İlham Əliyevə etimad bəsləyir, güvənir və Onun siyasətini müdafiə edir: “Bu da səbəbsiz deyil. Çünki insanlar görürlər ki, dövlət başçısının yürütdüyü siyasət Azərbaycan vətəndaşının bu gün dünənkindən, sabah da bugünkündən daha yaxşı yaşamasına, həyatını qurmaq üçün bərabər imkanlar qurulmasına yönəlib. Ölkədə həyata keçirilən tədbirləri vətəndaşlar görür, qiymətləndirir və nəticəsini hiss edirlər. Ona görə də respondentlərin fikri gerçəkliyi olduğu kimi əks etdirir”.