YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Liberiyada Ebola virusuna qarşı preparatın sınağına başlanılıb

“Sərhədsiz həkimlər” humanitar təşkilatı Liberiyanın paytaxtında Ebola virusundan qaynaqlanan xəstəliklərin müalicəsində brintsidofovir preparatının sınaqlarına başlayıb. Əvvəllər bu preparat digər təhlükəli virusların müalicəsində istifadə olunurdu.
Preparatın möcüzəli vasitə olmadığını və Ebola virusuna yoluxmuş insanlara kömək edib-etməyəcəyini bilmədiklərini qeyd edən “Sərhədsiz həkimlər” təşkilatının nümayəndələri bütün xəstələrə bu sınaqlarda könüllü iştirak etmək üçün müraciət olunacağını bildiriblər.
Ebola üçün vaksin hələ ki, mövcud olmasa da, xəstəlikdən sağalan insanların qanında virusa qarşı anticisimlər əmələ gəlir. Belə insanların bir çoxu digər xəstələrə köçürülməsi üçün könüllü olaraq qan verirlər.
Qərbi Afrikada epidemiyanın tüğyan etdiyi bir il ərzində Ebola virusu 8 mindən çox insanın ölümünə səbəb olub və təxminən 21 min nəfər isə təhlükəli virusa yoluxub.