YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərəb Liqasının sabiq rəhbəri Bakıya gələcək

Ərəb Liqasının sabiq rəhbəri, ərəb dünyasının nüfuzlu siyasi xadimlərindən biri olan Əmr Musa bu ilin aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Bakıda təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək.
Komitədən bildirilib ki, Qahirədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi ilə keçirilən görüşdə Əmr Musa Azərbaycanda “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunmuş beynəlxalq forumun keçirilməsinin önəmini vurğulayıb. O qeyd edib ki, dünyanın nüfuzlu siyasətçilərinin iştirakı bu toplantının qlobal əhəmiyyətini daha da artırır.