YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqının “EU Politics” portalında Birinci vitse-prezident Mehriban Əliyeva barədə məqalə dərc olunub

Avropa İttifaqının “EU Politics” portalında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva barədə məqalə dərc olunub.

Portal  “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” sərlövhəli məqaləsinə istinadla Mehriban Əliyevanın Azərbaycanın inkişafı istiqamətində mühüm işlər görməsindən, humanist, xeyirxah təşəbbüslər irəli sürməsindən, onun rəhbərliyi ilə çoxsaylı layihələrin reallaşdırılmasından bəhs edir. Vurğulanır ki, amalı xeyirxahlıq və kömək etmək olan birinci xanımın çoxşaxəli fəaliyyəti cəmiyyətin həyatında müsbət dəyişikliklərin baş verməsinə yönəlib. Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərən Mehriban Əliyevanın fəaliyyətində, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini xüsusi qeyd etmək olar. Onun yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycanın nüfuzlu tədbirlərə uğurla ev sahibliyi etməsi ölkənin reallıqlarının təbliği baxımından əhəmiyyət kəsb edir.

Yazıda Mehriban Əliyevanın Birinci vitse-prezident kimi gördüyü işlərdən də bəhs olunur, onun bu vəzifədə fəaliyyətinin ilk tədbirlərini yenə də humanist missiyaya köklədiyi vurğulanır. Birinci vitse-prezidentin çoxşaxəli və xoşməramlı fəaliyyətinin həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirildiyi diqqətə çatdırılır.