YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvadakı “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Moskvadakı “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

Təbrikdə qeyd olunur: “Doğum gününüz münasibətilə “ARETİ” beynəlxalq şirkətlər qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin.

Ürəkdən arzu edirik ki, bu günün bayram ab-havası həmişə qəlbinizə hərarət versin, həyat Sizə ətrafınızdakı insanların sevgisini, xeyirxahlığını və qayğısını bəxş etsin, çətinliklərdən və problemlərdən qorusun, hər gününüz nurlu, xoş əhvallı, gözəl və sevindirici hadisələrlə dolu olsun.

Sizə, yaxınlarınıza və əzizlərinizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar, səadət və firavanlıq arzu edirəm. Qoy, Sizin bütün planlarınız uğurla həyata keçsin, arzularınız və ümidləriniz gerçəkləşsin!”