YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyi və AK Parti Bursa Osmanqazi Gənclik Qolları arasında “Biz birlikdə güclüyük” mövzusunda videogörüş keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə Türkiyənin AK Parti Bursa Osmanqazi Gənclik Qolları arasında videogörüş keçirilib. Görüşdə YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığı və ölkələrimiz arasındakı yüksək səviyyəli dostluq əlaqələrindən söhbət açıb. O, həmçinin hər iki ölkənin gəncləri, o cümlədən YAP və AK Partinin gənclər təşkilatlarının arasında sıx dostluq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb.

AK Parti Bursa Osmanqazi Gənclik Qollarının başqanı Hakan Köprülüoğulları isə bu görüşün keçirilməsindən məmnun olduğunu qeyd edərək Azərbaycan-Türkiyə əlaqələrinin gündən-günə inkişafı ilə bağlı fikirlərini bildirib, AKP və Bursa Osmanqazi Gənclik Qollarının fəaliyyəti haqqında məlumat verib.

Videogörüşdə çıxış edən YAP Ağdaş rayon təşkilatının baş məsləhətçisi Anar Şahmuradov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi şərəfli yoldan və Azərbaycan xalqı qarşısında xidmətlərindən söz açıb. O, həmçinin Ümummilli Liderimiz, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.

Çıxışında həmçinin Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında da bursalı gənclərə geniş məlumat verən Anar Şahmuradov Türkiyənin qardaş ölkə olaraq hər zaman Azərbaycana dəstək verməsindən danışıb, ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin ölkə başçıları cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasətin nəticəsində daha da inkişaf etdiyini bildirib.

A.Şahmuradov Ağdaş rayonun sosial-iqtisadi inkişafı haqqında da türkiyəli gənclərə məlumat verib. AK Parti Bursa Osmanqazi Gənclik Qolları başqanının müavini Aykut Filiz isə Bursa şəhəri haqqında danışıb.

Görüşdə ağdaşlı və bursalı gənclər dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı və Türkiyə-Azərbaycan birgə hərbi təlimləri haqqında fikirlərini bildirib. Eyni zamanda,bu tipli görüşlərin mütəmadi şəkildə keçirilməsi haqqında razılığa gəlinib.