YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncənin YAP-çı gəncləri Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin gəncləri tərəfindən 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx hazırlanıb. ”Biz özümüz öz taleyimizin sahibiyik” adlı videoçarxda 15 iyun 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli lideri Heydər Əliyevin ölkəmizi parçalanmaqdan qoruması, dahi şəxsiyyətin Azərbaycan tarixindəki əvəzolunmaz rolu,silinməz yeri vurğulanıb.

Videoçarxda YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal gəncləri tərəfindən əvəzolunmaz siyasi lider, müdrik şəxsiyyət kimi tarixə adını yazdıran Ulu Öndərin müdrik kəlamları səsləndirilib.