YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatı tərəfindən “ULU ÖNDƏR müasir Azərbaycanın qurucusudur” adlı məqalə müsabiqəsi keçirilib

Bu gün YAP Yasamal rayon təşkilatının təşəbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “ULU ÖNDƏR   müasir  Azərbaycanın qurucusudur” adlı məqalə müsabiqəsi keçirilib. Müsabiqəyə müvafiq elektron poçt vasitəsilə YAP Yasamal rayon təşkilatının üzvlərindən 30-a yaxın məqalə qəbul olunub.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun rəhbərliyi ilə  yaradılmış müsabiqə komissiyası tərəfindən məqalələr qiymətləndirilib və ən yaxşı 3 məqalə mükafat üçün seçilib.

 Müsabiqədə birinci yeri AzMİU-nun Memarlıq fakültəsinin I kurs tələbəsi Kərimova  Suğra  Yavər qızı, ikinci yeri BDU-nun Filologiya fakültəsinin III kurs  tələbəsi Əliyeva Nigar Ramiz qızı, üçüncü yeri isə   YAP Yasamal rayon təşkilatı Gənclər Birliyi Şurasının üzvü, BDU-nun Tarix fakültəsinin məzunu Xalıqov Rəşadət Balaqardaş oğlu Xalıqov Rəşadət Balaqardaş oğlu qazanıb.

Qaliblərə YAP Yasamal royun təşkilatının Fəxri Fərmanı və onlara pul mükafatları təqdim edilib.