YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur (VİDEO)

"Heydər Əliyev deyəndə ilk olaraq gözümüzün önünə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu gəlir. Azərbaycanın gələcək müstəqil illəri üçün lazım olan ilk təməl məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində atılıb".
Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı "Yeni Tv"-yə açqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illəri dövrü Azərbaycanda hakimyyətin möhkəmləndirilməsi dövrü olub: "Bu gün Ümummilli Liderin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanın müasirləşməsi, yeni çağırışlara cavab verən, rəqabətə davamlı dövlətin yaradılması uğurla həyata keçirilir.