YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tibb müəssisələrinin avtomatlaşdırılması virusla mübarizədə düzgün və tez qərarlar verməyə kömək edəcək

Koronavirusla mübarizədə vaxt amili önəmlidir. Yəni nə qədər çevik tədbirlər görsək, o qədər də tez qalib gələcəyik. Görülən qabaqlayıcı tədbirlər nəticəsində bəzi ölkələrlə müqayisədə ağırlaşmalar o qədər olmur. Vətəndaşın test nəticəsi pozitiv olanda onun təmaslarını çox qısa vaxtda müəyyən edə bilirik. Bu, ən vacib məsələlərdən biridir. Çünki həmin təmaslar zəncirvarı şəkildə digərlərini yoluxdura bilər.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, tibb müəssisələrinin avtomatlaşdırılması COVID-19-la mübarizədə düzgün və tez qərarlar verməyə kömək edəcək.

“Səhər tezdən gün başlayan kimi bizim e-mailimizə sistemdən məlumat gəlir. Həmin məlumatda bütün pozitiv test aşkarlanan vətəndaşların siyahısı, onların işlədiyi yer, kontaktları, ailə üzvləri, simptomlu və ya simptomsuz müraciət etmələri yer alır. Bu da bizim işimizi kifayət qədər yüngülləşdirir. Həmin vətəndaşları daha tez izolyasiya edib müalicəyə başlaya bilirik. Digər vacib məqam odur ki, tez müalicəyə başlamaq ağırlaşmanın qarşısını alır”, - deyə Z.Əliyev diqqətə çatdırıb.