YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Koronavirusa yoluxma hallarının 45 faizi Bakıda qeydə alınıb

Koronavirusa yoluxma hallarının 45 faizi Bakıda qeydə alınıb. Paytaxtda ən çox yoluxma faktı Yasamal və Sabunçu rayonlarında müşahidə olunub.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Z.Əliyev bildirib ki, yoluxma hallarının 14 faizi Gəncə-Qazax bölgəsində, 10 faizi isə Lənkəranda aşkarlanıb. Naxçıvanda isə bu rəqəm 0.2 faizdir.

O, həmçinin deyib: "Son zamanlar Gəncə-Qazax bölgəsində yoluxma hallarında artım qeydə alınıb. İşçi qrupu yoluxma faktlarının artımını müəyyənləşdirmək üçün həmin zonaya ezam olunub. Məlum olub ki, əhali karantin rejiminin qaydalarına əməl etmir və nəticədə yoluxma halları artır".