YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Zərifə xanım müasirləri üçün olduğu kimi, indiki nəsillər üçün də insanlıq örnəyidir

“Aprel ayının 28-i Azərbaycanın ən ləyaqətli xanımlarından biri, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın doğum günüdür. Zərifə xanım Azərbaycanın tibb elminə böyük töhvələr vermiş, yüksək mədəniyyəti və insanpərvərliyi ilə xalqın qəlbində özünə dərin hörmət qazanmışdır. Onun nurlu xatirəsi yaddaşlardan silinməyib və uzun illər silinməyəcək. Zərifə xanım müasirləri üçün olduğu kimi, indiki nəsillər üçün də insanlıq örnəyidir.” Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov öz rəsmi facebook səhifəsində paylaşıb.