YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Zərifə Əliyeva qəlbi bu vətənə bağlı olan əsl azərbaycanlıdır (VİDEO)

“Zərifə Əliyevadan söhbət açarkən ilk növbədə Azərbaycan xalqının tarixi keçmişi, milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus təfəkkür tərzi göz önünə gəlir. Çünki elə insanlar var ki, onlar mənsub olduqları xalqın, yaşadıqları cəmiyyətin istinad etdiyi vacib dəyərləri, aparıcı keyfiyyətləri, milləti, xalqı xarakterizə edən əsas xüsusiyyətləri öz şəxsiyyətində birləşdirmiş olurlar. Zərifə xanım məhz belə insanlardandır”. 

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yeni Tv”-nin efirində səsləndirib. 

Komitə sədri vurğulayıb ki, Zərifə Əliyeva əsl Azərbaycan xanımı, gözəl ana, ictimai xadim, öz peşəsini dərindən bilən akademik və qəlbi bu vətənə bağlı olan azərbaycanlıdır.