YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Radikal müxalifətin azadlıqda yaşaya bilməmək sindromu var (VİDEO)

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin əvvəlindən bu yana həyata keçirdiyi tədbirlər, sıxlıq və milli əhəmiyyət dərəcəsinə görə, heç kəslə müqayisə oluna bilməz. Belə olan təqdirdə Azərbaycan xalqı bu fəaliyyəti, yorulmazlığı, cəfakeşliyi yüksək qiymətləndirir və bu Prezident İlham Əliyevin nüfuzunun artması ilə müşaiyət olunur”.

Bu fikirləri “Yeni Tv”-nin “Baxış Bucağı” verilişində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc deyib.

Mərkəz sədri bildirib ki, böhran idarəçiliyi dünyada mühüm fenomendir: “Hər zaman, bu dövrdə ölkə rəhbərlərinin nüfuzu ya artır, ya da azalır. Dəqiq olan fakt odur ki, Prezident İlham Əliyevə Azərbaycan xalqının rəğbəti 94.7 faizin üzərindədir. Bu da başadüşüləndir. Siyasi mənsubiyyətindən, hansı ictimai mənşəyə mənsub olmasından asılı olmayaraq, Azərbaycan insanı bu dönəmdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, inanır və etibar edir”.

Z.Oruc qeyd edib ki, Cənab Prezidentin yüksək reytinqi fonunda icra hakimiyyəti orqanlarının nüfuzu 40 fazi civarındadır: “Bu o deməkdir ki, həmin sahədə problemlər var. Məhz ona görə dövlət o sektorda ciddi struktur, eyni zamanda kadr dəyişiklikləri həyata keçirməkdədir”.

Deputat əlavə edib ki, 2019-cu ildə həyata keçirilən islahatlar öz nəticəsini indiki dövrdə verməkdədir: “Bu gün hökumətin yeni obrazı yaranıb. Prezident İlham Əliyev 2019-cu ildə hökuməti dəyişdi. Biz artıq yeni hökumətdən bəhs edə bilirik. Əslində Prezident İlham Əliyev yeni hakimiyyət qurub. Bu gün biz ölkə başçısının nazirlərə verdiyi tapşırıqları canlı vaxt rejimində ekrandan görə bilirik”.

Z.Oruc müzakirə zamanı radikal müxalifətin fəaliyyətinə də toxunub. Vurğulayıb ki, vətəndaşa 300 manatdan pul paylanılmasını söyləmək müxalif fəaliyyət deyil: “Bu müxalif fəaliyyət sayılmır. Sən heç nəyə məsuliyyət daşımırsan. Ehtiyacı olanın yanında deyilsən, bir yaşlının könlünü almırsan. Şamaxıda zəlzələ oldu. Nə üçün getmədin? Başa düşdük xarici pasportun yoxdur, daxili pasportun axı var. Get kiminsə yaşadığı mənəvi ağrını paylaş, bölüş, sonra “sərt” tələblərini söylə. Bunların aləmində müxalifətçilik ancaq lənət yağdırmaq, ittiham irəli sürmək və xaricdən söyənlərə şərik olduğunu göstərməkdir”.