YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paytaxtın Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsi genişləndiriləcək

Paytaxtın Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsi genişləndiriləcək.

Prezident İlham Əliyev “Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat ayrılıb.