YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: “Yaxşı oğlan”deyil, mövqeli insan olmaq lazımdır

Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də dəyişməyib. Onlar anti-Azərbaycan beynəlxalq siyasi dairələr və onaların qulbeçələri olan antimilli ünsürlərdır. “Sapı özümüzdən olan baltalar” ölkəmizi xaos və anarxiya məngənəsində çabalayan görmək istədikləri halda Azərbaycan son 17 il ərzində məhz cənab Prezident İlham Əliyevin məqsədyönlü, sistemli və müdrik siyasəti sayəsində sabitlik və təhlükəszilik adasına çevrilmişdir.  Xalq öz prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlalq kampaniya və macəralara cəlb etmək mümkün deyildir. Bu reallıqlar əxlaqsızlıq və şərəfsizliyi öz xəyanətkar xislətlərinin “məhək daşı”na çevirən milli dönüklərin  xaotik vurnuxma, şərləmə, qaralama və yalan ifrarzı davranışınını şərtləndirir. “Azərbaycan xalqı və dövləti üçün pis olan hər şey onlar üçün yaxşı”dır prinsipi üzrə hərəkət edib, ölkəmizə inqilab, dövlət çevrilişi, xaos və anarxiyanı idxal etmək istəyən “5-ci kolon” uğursuzluq labirintində çabalamqda və daha çox naftalin iyi verməkdədir. Bütün dünya dövlətləri və xalqları milli satqınlara qarşı eyni dərəcədə sərt  və bağışlanmaz siyasət həyata keçirir, onlar ictimai qınaq obyektinə çevriir, sonda yalquzaq həyata yaşayırlar. Təəssüf ki, bir çox hallarda manqurtlaşmış siyasi qruplaşmalar bu perspektivi hesablaya bilmir və  özlərinin qəbirqazanına çevrilirlər. Həqiqətən də, tarixin ən böyük dərsi ondadır ki, insanlar ondan dərs ala bilmirlər. Əgər dərs alsaydılar, onda görərdilər ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə ölkımizdə dərinləşən genişmiqyaslı və hərtərəfli islahatlar kursu həyata keçirilir və onun mühüm istiqamətlərindən biri olaraq siyasi islahatlar daha da dərinləşməkdəir. Ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır. Bu konfiqurasiyada siyasi partiyalarla dialoq xətti və onun daha da nkişaf etdirilməsi əsas hədəflərdən biri kimi nəzərdən keçirilir. Ölkədə  siyasi palitranı müəyyən edən bütün siyasi partiyalarla dialoq mühiti formalaşdırılıb və ilkin nəticələr müsbətdir. Milli Məclisə keçirilən növbədnkıənar seçkilər və onun nəticələri bu həqiqəti bir daha təsdiqlədi.  Ölkə parlamenti ilk dəfə çoxpartiyalılıq əsasında formalaşmışdır. Mill Məclisin  rəhbərlyi tamamilə dəyişmiş, müstəqil dövlətçilik tariximizdə ilk dəfə olaraq parlament sədrinin müavinlərindən biri müxalifət partiyasının təmsilçisi olmuşdur. Habelə parlamentin komitə sədri və müavinləri vəzifələrinə də müxalif düşərgənin nümayəndələri seçilmişdir. Təəssüf ki, öz siyasi fəaliyyətində müstəqil deyil, sağa-sola boylanaraq qərar verən siyasi qruplaşmalar bu dialqodan imtina yolun seçmişlər. Birmənalı olaraq söyləmək olar ki, onlar bu qərarlarının seçimində də müstəqil hərəkət etməmiş “pulu verən mahnını sifariş edir” məntiqindən çıxış etməli olmuşlar. Bu xüsusda dövlətimizin başçısı cənab  İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində olan müşavirədə qeyd etdiyi kimi, “O ki, qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünkü bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox,  dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Onların fəaliyyətinin tarxi də bunu göstərir. Biz bu tarixi yaddan şıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə saldılar, xəyanət etdilər, torpağlarımızın işğalını şərtləndirdilər.” Cənab Prezident niqtinin davamında təkzibedilməz faktlarla bu marginallaşmış siyasi qruplaşmların yenə də milli xəyanət yolunu tutaraq 2005-ci ildə Ukraynadakı “narıncı inqilab”ı, 2011-2012-ci ildə  “Ərəb baharı”nı Azərbaycana idxal etmək istiqamətlərindəki üzdəniraq fəaliyyətlərinə, habelə 2013-cü ildə prezident seçkiləri öncəsi növbəti siyasi avantüralara əl atmalarına diqqəti cəlb etdi. “İndi isə koronavirus pandemiyası sanki bunlar üçün göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır...Ölənlərin sayının artmasını arzulatyırlar. Xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edirlər. Yəni bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var-düşmən”,-deyən Prezident İlham Əliyev mövqe nümüyiş etdirib hər kəsin milli xəyanət yolun tutmuş qruplaşmaları məhz belə çağırmağa dəvət etdi.

Bəli, cənab Prezident İlham Əliyev bu prinsipial və qətiyyətli mövqeyi ilə hər birimiz üçün etalon ola biləcək bir davranış nümunəsi ortaya qoyur. Xalqın və dövlətin təhlükəsizliyindən söhbət gedirsə, burada susmaq, seyrçi mövqe seçmək, “yaxşı oğlan” obarazı yaradıb, həm iqtidara, həm də müxalifətə yarınmaq davranışı nəinki qəbuledilməzdir əslində təhlükə nənbəyinin-milli xəyanətkarın yanında  yer almaq anlamındadır. Məsələyə bu xüsusda yanaşdıqda Ulu öndər Heydər Əliyevin məşhur bir fikri həmişə olduğu kimi, xüsusilə indiki həssas dönəmdə xüsusi məna və çəkiyə malikdir : “Mövqeyiniz olsun!”