YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Prezidenti dəstəyə görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

Gürcüstan Prezidenti Salome Zurabişvili koronavirusla mübarizədə göstərilən həmrəyliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqımıza minnətdarlıq edib.

Bu barədə Gürcüstan dövlətinin başçısı özünün “Twitter” səhifəsində bildirib.

Salome Zurabişvili yazır: “Bu gün Bakıda, Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstanın bayrağı videoproyeksiya olunub. Bu, Azərbaycan xalqının həmrəyliyinin ən yaxşı mesajıdır. Biz birlikdə daha güclüyük!”.

Salome Zurabişvili göstərilən dəstəyə görə Azərbaycan Prezidentinə bir daha təşəkkür edib.