YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı və yunanıstanlı müşahidəçilər Azərbaycanda parlament seçkilərinin demokratik və şəffaf keçdiyini bildiriblər

Hər şey gözlədiyimiz kimi oldu. Seçkilər demokratik və şəffaf keçdi. Seçki məntəqələrində çox sayda seçici və müşahidəçi var idi. Bu, xüsusi olaraq diqqətimi cəlb etdi.

Bu fikirləri Milli Məclisə seçkiləri müşahidə edən Almaniyanın Bavariya bölgəsi parlamentinin deputatı Uli Henkel mətbuat konfransında deyib.

Bavariya parlamentinin digər nümayəndəsi Ulrix Singer də həmkarı ilə eyni fikri bölüşdüyünü bildirib. O qeyd edib ki, hər şey qaydalara uyğun idi: “Seçki məntəqələrində bütün suallarımıza cavab tapdıq. Heç kim bizə problem yaratmadı. Bu, bizim üçün önəmli idi”.

Yunanıstan parlamentinin deputatı Lazaros Tsavdaridis isə deyib ki, onlar dörd məntəqədə müşahidə aparıblar və heç bir qayda pozuntusu aşkarlanmayıb: “Seçicilər, müşahidəçilər, siyasi partiyaların nümayəndələri və könüllülər ilə söhbətləşdik. Qənaətim budur ki, seçkilər yüksək səviyyədə və demokratik keçib”.

Yunanıstan parlamentinin digər deputatı Katerina Monogiou də qeyd edib ki, parlament seçkiləri demokratik keçib.