YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrailli müşahidəçilər: Seçkilər şəffaf və demokratik şəraitdə keçdi

İsrailli müşahidəçilər fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini müsbət qiymətləndiriblər.

İsraildən olan beynəlxalq müşahidəçi Roman Gureviç seçkilər şəffaf və demokratik şəraitdə keçdiyini bildirib.

Qeyd edib ki, bir neçə gün əvvəl Bakıya gəlib və buradakı inkişaf onu valeh edib.

Bakıda yerləşən 6 seçki məntəqəsində müşahidə apardıqlarını və daha çox gənclərin seçkilərə maraq göstərdiyini bildirən R.Qureviç deyib: “Gənclərin səsverməyə həvəsi çox müsbət haldır. Müşahidə apardığımız məntəqələrdə hər hansı qanun pozuntusu ilə rastlaşmadıq”.

Seçkilərin nəticələri ilə bağlı fikirlərini bölüşən digər müşahidəçi Boris Qrosman qeyd edib ki, artıq Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur. “Hesab edirəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Yaşlı nəslin nümayəndələrinin seçkilərə gələrək səs verməsi sadəcə valehedici idi. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin fəal olacaqlarına ümidimiz az idi. Lakin hər şey gözlədiklərimizin əksinə oldu”.

O bildirib ki, İsrail Azərbaycanı daim dəstəkləyir və Azərbaycan da İsrail üçün həmişə qardaş, dost ölkə olaraq qalacaqdır.

Müşahidəçi Aleksey Tessarskiy Azərbaycanda insanların seçkilərdə həvəslə iştirak etdiklərini qeyd edib. Deyib ki, çünki burada insanlar öz tarixlərinə biganə deyillər.