YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Xarici İşlər naziri Vyanaya yola düşüb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda iştirak etmək məqsədilə Vyana şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun beynəlxalq təşkilatların rəhbərləri və konfransda iştirak edən dövlətlərin Xarici İşlər nazirləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.