YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə MSK sədri: Azərbaycanda seçki prosesində heç bir maneçilik yoxdur

Bir neçə gündür ki, Azərbaycandayıq. Həm seçkiyə hazırlıq prosesini, həm də bu gün keçirilən növbədənkənar parlament seçkilərini izləyirik. Bu gün bir neçə məntəqədə müşahidə apardıq.

Bunu Trend-ə açıqlamasında parlament seçkilərində müşahidəçilik aparan Türkiyənin Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçim Kurulu) rəhbəriMüharrem Akkaya deyib.

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi nümayəndə heyəti seçki məntəqələrində müşahidələrini davam etdirir:

"Seçki prosesi də, səsvermə də tam normaldır. Bütün lazımi şərait yaradılıb. İlk dəfədir ki, Azərbaycanda seçki prosesini izləyirəm. Seçki prosesində heç bir maneçilik yoxdur. Havaların soyuq olmasına baxmayaraq seçici fəallığı da müşahidə edirik. Azərbaycan qardaş ölkədir, biz bu ölkədə özümüzü yad hesab etmirik. Bütün məntəqələrdə müşahidələrimizi davam etdiririk. Məntəqələrdə kameralar quraşdırılıb və kiminsə prosesə mane olmaq imkanı yoxdur".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

 

 

DİGƏR Xəbərlər Arxiv