YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peter Marçek: Azərbaycanda parlament seçkiləri şəffaf şəraitdə keçirilir

Azərbaycanda parlament seçkiləri şəffaf şəraitdə keçirilir. İndiyədək heç bir qayda pozuntusu ilə rastlaşmamışam.

Bu sözləri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı seçki məntəqəsində səsvermənin gedişini üzləyən slovakiyalı deputat Peter Marçek deyib.

Deputat bildirib ki, saat 13.00-dək 7 seçki məntəqəsində səsvermənin gedişini izləyib. Seçkilər demokratik şəraitdə keçirilir. Vətəndaşlar çox sakit, heç bir maneə olmadan istədikləri namizədlərə səs verirlər. Müşahidəçi heç bir narazı seçici ilə rastlaşmadığını vurğulayıb.

Peter Marçek artıq səkkizinci dəfədir Azərbaycanda olduğunu, ölkəmizin çox müasirləşdiyini, Prezidentin ciddi islahatlar apardığını deyib. O, parlament seçkilərinin Azərbaycan dövləti və vətəndaşları üçün uğurlu olacağına inamını ifadə edib.

 

DİGƏR Xəbərlər Arxiv