YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Viktor Quminski: Əhalinin qanunverici orqana inamın artıb

“Parlament seçkiləri prosesini izlədiyimiz zaman bir daha şahidi olduq ki, MSK və məntəqə seçki komissiyaları seçkilərin mütəşəkkil, açıq və azad keçirilməsini təmin etmək üçün çox böyük işlər görüblər. Bu, çox təqdirəlayiq bir haldır”. Bu fikirləri MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski sayta açıqlamasında deyib.

O, əmin olduğunu bildirib ki, komissiya işini yaxşı bilir və hər şeyi milli qanunvericiliyə uyğun edir. Həmçinin, bu gün Azərbaycanda keçirilən seçkilərdə çox sayda namizəd qeydə alınıb: “Namizədlərin sayı ötəndəfəkindən, demək olar, 2 dəfə çoxdur. Bu, əhalinin qanunverici orqana inamın artdığını və vətəndaşların ölkənin taleyinə, çiçəklənməsinə biganə qalmadığını göstərir”.

Quminski əlavə edib ki, seçkilərə hazırlıq da kifayət qədər sakit şəraitdə keçib, namizədlər öz təbliğat-təşviqat işlərini rahatlıqla, maneələr olmadan həyata keçiriblər.

“İşimizə yanvarın 19-da başladıq – bu, uzunmüddətli missiyadır. Ümumilikdə, heyətimizdə 8 ölkədən 252 müşahidəçi var. Müşahidələrimiz Azərbaycanın 20-dən çox bölgəsində olub. Şəxsən mən Qubada olmuşam, dünən də Şamaxıda idim”, deyə MDB müşahidə missiyasının rəhbəri qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv