YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə sakinləri ölkə əhəmiyyətli kampaniyada fəal iştirak edirlər

Gəncə şəhərində 9 fevral – parlament seçkiləri seçicilərin fəallığı ilə başlayıb. Səsvermə hüququ olan sakinlər səhər saat 8-dən seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə istədikləri namizədə səs verir, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər.

Gəncədə 4 dairə seçki komissiyası (DSK) üzrə ümumilikdə, 111 məntəqə fəaliyyət göstərir. Seçki məntəqələrindən 4-ü qapalıdır. Gəncə üzrə səsvermə hüququ olan vətəndaşların sayı 151 min 450 nəfərdir. Onlardan 114-i ilk dəfə səs verəcək.

Gəncə şəhər Kəpəz və Nizami rayonları üzrə Milli Məclisə 4 deputat seçiləcək. Gəncə üzrə qeydə alınan namizəd sayı 36-dır.

37 saylı DSK-nın katibi Rauf Qurbanov bildirib ki, bütün məntəqələrdə seçki məcəlləsinin tələblərinə uyğun olaraq komissiyalar fəaliyyət göstərir. Seçkilərin demokratik və şəffaf şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. DSK üzrə seçici sayı 33 min 469 nəfərdir. 18 yaşı tamam olan iki seçici var. Həmçinin 100 yaşı olan iki seçici də qeydə alınıb. DSK üzrə seçki prosesini 562 yerli, 9 beynəlxalq müşahidəçi izləyir.

38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsi üzrə 24 seçki məntəqəsi üzrə 34 min 370 seçici qeydə alınıb.

DSK üzrə 3 nəfər ilk dəfə səs verir, ən yaşlı seçicinin isə 97 yaşı var. DSK üzrə seçki prosesini 388 yerli, 8 beynəlxalq müşahidəçi izləyəcək.

39 saylı DSK-nın sədri Elbar Əhmədov qeyd edib ki, seçici sayı 41 min 521 nəfərdir. 18 yaşı tamam olan seçici sayı 73-dür. Onlardan birinin 18 yaşı elə seçki günü tamam olur, ən yaşlı seçicinin isə 104 yaşı var.

40 saylı DSK-nın sədri İmamyar İsmayılov qeyd edib ki, seçki dairəsinin tərkibinə daxil olan 30 seçki məntəqəsi üzrə 42 min 90 seçici qeydə alınıb. 27 nəfər ilk dəfə səs verəcək. 100 yaşlı iki seçici var. Məntəqə seçki komissiyaları hər ikisi ilə əlaqə saxlayıb. Hər ikisi gəlib səsvermədə iştirak edəcək.

Qeyd edək ki, Gəncədə 4 DSK üzrə Milli Məclisə 4 yer uğrunda 36 namizəd mübarizə aparır.

 

 

DİGƏR Xəbərlər Arxiv