YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

15 saylı Yasamal birinci seçki dairəsi üzrə məntəqələrdə də səsvermə mütəşəkkil qaydada keçirilir

15 saylı Yasamal birinci dairə seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir. Səsvermənin şəffaf keçirilməsi və seçicilərin rahat, maneəsiz seçki məntəqələrinə gəlib səs vermələri üçün hər cür şərait yaradılıb.

Dairə seçki komissiyasının sədri Cumar İsayev AZƏRTAC-a bildirib ki, komissiyanın tərkibində 31 məntəqə fəaliyyət göstərir. Bütün məntəqələr zəruri avadanlıqla təmin edilib. Ümumilikdə, dairə üzrə 44 min 620 seçici qeydə alınıb. On məntəqədə veb-kamera quraşdırılıb. Məntəqələr üzrə bütün seçicilərə bildirişlər paylanılıb. 830 müşahidəçi qeydə alınıb.

15 saylı Yasamal birinci dairə seçki komissiyası üzrə 29 saylı məntəqənin sədri Əhəd Məmmədov məlumat verib ki, məntəqə üzrə 1406 seçicinin səs verməsi gözlənilir. 20 seçici ilk dəfə olaraq səs verəcək. Məntəqədə qeydiyyatda olan ən yaşlı seçicinin isə 92 yaşı var.

Dairə üzrə 28 saylı məntəqənin sədri Tanrıverdi Hacıyev qeyd edib ki, hava şəraitinə baxmayaraq, seçicilər səsvermədə aktiv iştirak edirlər. Ümumilikdə, məntəqə üzrə 1480 seçici qeydə alınıb. Seçki prosesini izləmək üçün yerli və xarici müşahidəçilərə hər cür şərait yaradılıb.

 

 

DİGƏR Xəbərlər Arxiv