YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

16 saylı Yasamal II seçki dairəsində seçicilərdən ikisinin yaşı 100-dən yuxarıdır

16 saylı Yasamal II seçki dairəsinin 30 seçki məntəqəsi üzrə ümumi seçicilərin sayı 35 min 603 nəfərə bərabərdir.

16 saylı Yasamal II seçki dairəsi dairə seçki komissiyasının sədri Sədaqət Seyidzadə bildirib ki, 29 daimi seçki məntəqəsi üzrə seçicilərin ümumi sayı 35 min 257 nəfərdir. Bundan başqa, dairənin bir qapalı seçki məntəqəsi fəaliyyət göstərir ki, orada da seçicilərin sayı 346-ya bərabərdir. Dairə üzrə namizədlərin sayı 21-dir. Seçki məntəqələrinin 10-da şəffaflığın təminatı üçün veb-kameralar quraşdırılıb. Seçicilərdən 39 nəfəri ilk dəfə səs verəcək. Seçicilər arasında 80-100 yaşarası 1310, 100 yaşdan yuxarı isə iki nəfər var.

16 saylı Yasamal II seçki dairəsinin 29 saylı seçki məntəqəsinin sədri Sitarə Məmmədova bildirib ki, məntəqədə 1290 seçici qeydiyyatdadır. Bu seçkilərdə 6 nəfər ilk dəfə səs verəcək. Seçicilərdən 9 nəfərinin yaşı 80-dən yuxarıdır.

Seçicilərin öz namizədlərinə səs verməsi üçün hər cür şərait yaradılıb və fəallıq müşahidə olunur

 

 

DİGƏR Xəbərlər Arxiv